21-ci əsrin ən müəmmalı hadisəsi: Dənizdən sahilə çıxmış ayaqqabıların içindəki ayaqların sirri

21-ci əsrin ən müəmmalı hadisəsi: Dənizdən sahilə çıxmış ayaqqabıların içindəki ayaqların sirri

Sakit okeanın şimal-şərqində yerləşən Saliş dənizində baş verən 21-ci əsrin ən müəmmalı hadisəsinin üstü hələ də açılmayıb.


Sfera.az bu müəmmalı hadisənin təfərrüatlarını təqdim edir.


Britaniyanın Kanada əyalətindən ABŞ-ın Vaşinqton əyalətinə qədər uzanan Saliş dənizi çox mürəkkəb sahil quruluşuna malikdir.
 

(Fotodan görə bilərsiniz).
 

Bölgədə çoxlu adalar və çaylar var, ona görə də coğrafi baxımdan kifayət qədər mürəkkəbdir.

 

21-ci əsrin ən sirli hadisələrindən biri kimi görünən bu ayaqqabı hadisəsi isə kifayət qədər maraqlı və qorxuludur.



Bir çox insan illərdir Salış dənizinin kənarında içərisində sınmış ayaqlar olan ayaqqabılara rast gəlir.


 

Bu sirli hadisə 1887-ci ildə Vankuver çimərliyində tapılan kəsilmiş insan ayağı ilə başlayıb. Əvvəlcə bunun Salış dənizinə bağlı çaylardan birində ölən birinin ayağı olduğu düşünülürdü.

 

Ancaq tapılan ayaq bir nəfərlə məhdudlaşmır...
 

120 ildən sonra 2007-ci ildə tapılan ayaq bu sirli hadisəni yenidən gündəmə gətirib. Bu dəfə tapılan ayaq bir nəfərlə məhdudlaşmayıb...

 

2007-ci ildən sonra daha tez-tez sahilə çıxan ayaqların bir ortaq cəhəti var idi: demək olar ki, hamısı bir cüt idman ayaqqabısında idi.



Daha sonra Vankuver Universiteti hadisə ilə bağlı araşdırma aparıb və belə nəticəyə gəlib ki, kəsilmiş ayaqlar zamanla heç bir insan təsiri (işgəncə, yolma, kəsmə kimi) olmadan öz-özünə bədəndən tamamilə ayrılıb.
 

Onlar idman ayaqqabılarında çimərlikdə ayaqların olmasının da ayaqqabının quruluşu ilə bağlı olduğu qənaətinə gəliblər. İdman ayaqqabılarının quruluşu bu sınıq ayaqların suyun səthində qalmasına və hətta sahilə çatmasına imkan verir.


Bəs bunlar kimin ayaqlarıdır?

Tapılan ayaqların əksəriyyəti sağ ayaq idi, yalnız 2 ayaq idi. Bunun üzərinə ətrafda və tapılan ayaqqabı və ayaqlarda araşdırma aparılıb.
 

Bu ayaqların intihar edən, sunami nəticəsində ölən və ya öldürülərək çaya və dənizə atılan insanlara aid olması ilə bağlı bir çox fəzəriyyələr dolaşır.


3-4 ədəd ayaqqabının sahibləri və içərisindəki ayaqlar tapılıb. Bu şəxslər 2016, 2014 və hətta 2004-cü ildən itkin düşmüş şəxslərə aid olub, lakin çoxlu araşdırmalara baxmayaraq digər ayaqqabıların izləri tapılmayıb.
 

Bununla bağlı bir neçə nəzəriyyə irəli sürülüb.

 

Bunlardan birincisi sahil yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlıdır.
 



Təyyarə qəzasında ölən insanların ayaqları zamanla bədənlərindən ayrılaraq sahilə sürüklənmiş ola bilər. Bölgədə baş vermiş son təyyarə qəzasının buna səbəb olduğu düşünülür.


Digərinin isə 2004-cü ildə bölgədə baş verən sunami fəlakəti zamanı dənizdə itən və həlak olan insanların ayaqları olduğu düşünülür.
 

Aparılan araşdırmalara görə sunami və təyyarə qəzası nəzəriyyələri doğru ola bilər, lakin bunlar hələ də sübuta yetirilməyib.
 

Bunların xaricində bölgədəki bir mafiyanın insanları öldürərək izlərini itirmək üçün dənizə atdığı düşünülür, lakin təəssüf ki, buna da əsaslı dəlil yoxdur.
Hələ də sirri tam açılmamış bu hadisə böyük turist qruplarının Salış dənizi sahillərinə gəlməsinə səbəb olur.


Yerli sakinlər turizmi yaşatmaq üçün bəzən ayaqqabılarına heyvan sümükləri də qoyub dənizə atırlar. Ancaq tapılan və qeydə alınan ayaqqabıların hamısı realdır.
 

Ümid edək ki, bu sirr tezliklə açılacaq...

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...