Spirtli içkilər sayəsində 108 yaşını qeyd etdi - FOTOLAR

Spirtli içkilər sayəsində 108 yaşını qeyd etdi - FOTOLAR

108 yaşlı Britaniya sakini Meri Enn Klifton növbəti ad gününü qeyd edərkən uzunömürlülüyünün sirrini bölüşüb.
 

Sfera.az bildirir ki, qadın naharda içki içməyin onun bu qədər yaşamasına kömək etdiyini hesab edir.
 

Bir çox dostları və ailə Kentdəki yaşlılar üçün Foxbridge Evinə Meri Ennin doğum gününü təbrik etmək üçün gəlib. Qadının iki övladı, dörd nəvəsi, on nəticəsi və yeddi kötücəsi var. Qocalar evinin rəhbərliyi yüzilliyin şərəfinə təntənəli çay süfrəsi təşkil edib, ona Kral III Çarlzın təbrik kartı təqdim olunub.
 

Çay mərasimi zamanı 108 yaşlı Meri Enn Kliftondan uzunömürlülüyünün sirrini açması istənilib. Qadın zarafatla cavab verib ki, bütün bunlar onun sevimli spirtli içkiləri və onları içmək üçün düzgün vaxt seçmək bacarığı sayəsindədir. Britaniyalı naharda stəkanla alkoqol qəbul etməyi xoşladığını da qeyd edib.


"Bu (içmək) mənə heç vaxt zərər verməyib"-deyə Meri Enn bildirib.


Meri həmişə gözəl paltarları sevib və Londonda dərzi işləyib. Daha sonra anasına məxsus mətbəəyə işə düzəlib. Klifton həyat yoldaşı ilə 12 yaşında olarkən tanış olub və onlar bütün ömürlərini birlikdə yaşayıblar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...