Tutuquşu 9 il əvvəl törədilmiş qətlin üstünü açdı

Tutuquşu 9 il əvvəl törədilmiş qətlin üstünü açdı

Hindistanda məhkəmə cinayətdən 9 il sonra tutuquşunun işarəsinə əsasən iki kişini ömürlük həbsə məhkum edib. Bu barədə “India Times” məlumat yayıb.Məhz tutuquşunun qışqırıqları sayəsində mərhumun əri qardaşı oğlundan şübhələnməyə başlayıb.
 

Sfera.az bildirir ki, 2014-cü ildə Aqra şəhərində cinayət törədilib. Yerli qəzetin baş redaktoru Vijay Sharma həyat yoldaşı Neelamı evdə qoyub oğlu və qızı ilə yaxınlıqdakı şəhərə toya gedib. Qayıdandan sonra evinin qarət edildiyini, arvadı və itinin öldürüldüyünü görüb.
 

Vijay Sharmanın tutuquşusu Aşunun qardaşı oğlunun adını qışqırmağa başlayana qədər polis heç bir ipucu tapa bilməyib. Məhz onun qışqırıqları sayəsində mərhumun əri nəyinsə səhv olduğundan şübhələnib və hüquq-mühafizə orqanlarından qohumunu dindirməyi xahiş edib.


Bundan sonra Aşu Neelamın qətlini etiraf edib və bu qəddar əməldə ona dostu Ronnie Masseyin kömək etdiyini bildirib.


Cinayətin törədilməsindən 9 il sonra, Xüsusi Hakim Məhəmməd Rəşid Aşunun etirafına və sonrakı sübutlara əsaslanaraq, hər iki müttəhim Aşa və Ronniyə ömürlük həbs və 72.000 rupi (32.000 UAH-dan bir qədər çox) cərimə cəzası verib.
 

Qurbanın qızı Nivedita Şarma deyib: "Aşu ev itinə 9, Neelama isə 14 bıçaq zərbəsi vurub. Bu, onun yeganə niyyətinin öldürmək və qarət etmək olduğunu göstərir".
 

Xatırladaq ki, Kanadada məhbusların narkotik çatdırmaq üçün quşlardan istifadə etdikləri barədə də məlumat vermişdik.. Jurnalistlərin məlumatına görə, Abbotsford şəhərində (Britaniya Kolumbiyası, Kanada) həbsxana nəzarətçiləri məhbuslara qanunsuz maddələr çatdıran göyərçin aşkar ediblər. Polis hələ də araşdırma aparır.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...

Prezident Sərəncam İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Hökuməti, “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti və “...