Peskov təkzib etdi: “Putin Türkiyəyə səfər etməyəcək”
Dünya
15:25 / 27.03.2023
17785
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq getmədiyini bildirib.
Sfera.az xəbər verir ki, bu gün səhər Türkiyə mətbuatı Rusiya dövlət başçısının Ankaraya mümkün səfəri barədə məlumat yayıb. Qeyd olunub ki, hakimiyyət Putinin səfərinə hazırlaşır və məlumat gizli saxlanılır, iki ölkə liderlərinin geniş spektrli məsələləri müzakirə edəcəyi və Türkiyənin cənub-şərqindəki zəlzələ zonasına səfər edəcəyi gözlənilir. Eyni zamanda Türkiyə liderinin administrasiyası onlarda belə məlumatların olmadığını bildirib.
Peskov isə bu məlumatı təkzib edib.
İnci