Logo

Ukraynada dərhal atəşkəs olmalıdır - Macarıstan XİN başçısı

Ukraynada dərhal atəşkəs olmalıdır - Macarıstan XİN başçısı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Sülh danışıqlarına çağırış o demək deyil ki, Rusiya ələ keçirmiş olduğu Ukraynanın bütün bölgələrini alacaq".

Sfera.az xəbər verir ki, bu fikirləri AP-yə müsahibəsində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

"Müharibəni dayandırmaq və danışıqlar masası arxasına oturmaq o demək deyil ki, siz status-kvonu qəbul edirsiniz. Müharibə dayanıb sülh danışıqları başlayanda sərhədlərin cəbhə xəttinin keçdiyi yerdə olması qətiyyən vacib deyil. Biz bunu öz tariximizdən bilirik”, - Siyarto bildirib.

O, atəşkəsə dərhal başlamağın vacib olduğunu bəyan edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR