Logo

İran vətəndaşlarının Ermənistana axını azalıb

İran vətəndaşlarının Ermənistana axını azalıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər iranlılara getdikcə baha başa gəlir.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Turizm Federasiyasının sədri Mexak Apresyan Novruz bayramında ölkəyə gələn iranlıların sayının azalmasına münasibət bildirərkən deyib.

"Səbəb İranda inflyasiyanın olması, dramın dollar və avroya nisbətdə möhkəmlənməsidir. Bu, Ermənistanın turizm məhsulunun bahalaşmasına və ölkəyə səfərin qiymətinin artmasına səbəb olur. ”, - Apresyan bildirib.

Onun fikrincə, səfərlərin sayının azalması məhz bununla bağlıdır.

Qeyd edib ki, 2022-ci illə müqayisədə rəqəmlər xeyli azalıb.

Mexak Apresyanın sözlərinə görə, İran vətəndaşlarının passivliyi təkcə Ermənistana səfərlərdə özünü göstərmir. İrandan digər xaricə ölkələrə gedən turist axını da aktiv deyil. (Report)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR