Logo

Güclü zəlzələ daha bir türk dövlətini SİLKƏLƏDİ

Güclü zəlzələ daha bir türk dövlətini SİLKƏLƏDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Paytaxt Daşkənddə və Özbəkistanın digər bölgələrində güclü zəlzələ baş verib.

Sfera.az  xəbər verir ki, bu barədə Gazeta.uz nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

"Çərşənbə axşamı saat 21:48-də Daşkənddə zəlzələ hiss olunub. Saat 21:49-da yeraltı təkanlar təkrarlanıb", - məlumatda deyilir.

Şahidlərin bildirdiyinə görə, ticarət mərkəzlərinə gələnlər və Özbəkistan paytaxtının sakinləri küçəyə qaçmağa başlayıblar.

Zəlzələnin episentrindən Özbəkistanın paytaxtına qədər olan məsafə 561 km olub.

"Sputnik Qazaxıstan" "Telegram" kanalı xəbər verir ki, yeraltı təkanlar Taraz və Çimkənddə hiss olunub.

Zəlzələnin maqnitudası episentrdə 6,6 bal, Özbəkistan ərazisində isə müxtəlif rayonlarda 4-6 bal təşkil edib.

Son məlumata görə, yeraltı təkanların episentri Əfqanıstanda olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR