Beynəlxalq məhkəmə Putinin həbsinə qərar verdi - Ukrayna və Rusiyadan ilk REAKSİYA

Beynəlxalq məhkəmə Putinin həbsinə qərar verdi - Ukrayna və Rusiyadan ilk REAKSİYA

Rusiya-Ukrayna müharibəsi bir ildən çoxdur davam edərkən Beynəlxalq Cinayət Məhkəməsi diqqətəlayiq bir qərara imza atıb.

 

Sfera.az bildirir ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

 

“Daily Mail”in xəbərinə görə, məhkəmənin qərarında “Rus əsgərinin Ukraynada törətdiyi hərbi cinayətlərə görə Putinin məsuliyyət daşıdığı” qeyd olunub.

 

Hakimlər hesab ediblər ki, Ukraynanın işğal olunmuş ərazilərindən əhalinin qanunsuz deportasiyası və əhalinin Rusiya Federasiyasına köçürülməsi ukraynalı uşaqlara zərər vurub. 

 

Onlar gizli həbs qərarı çıxarmaq məsələsini müzakirə ediblər. Bununla belə, qərara alınıb ki, bu sərəncamın ictimailəşdirilməsi növbəti cinayətlərin qarşısının alınmasına töhfə verə bilər.

 

Ukrayna tərəfi qərarı "bu, hələ başlanğıcdır" kimi qiymətləndirib. 

 

Rusiya Xarici İşlər Nazirliyinin bu barədə yaydığı bəyanatda isə deyilir: “Bu qərar bizim üçün heç bir əhəmiyyət kəsb etmir”.


Lalə
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR