ABŞ “TikTok”u almaqda israr edir – SƏBƏB

ABŞ “TikTok”u almaqda israr edir – SƏBƏB

ABŞ “TikTok” tətbiqinin sahibi “ByteDance”dən öz səhmlərini satmağı tələb edib. Rəsmi Vaşinqton açıq şəkildə bəyan edib ki, tətbiq satılmayacağı təqdirdə ondan ABŞ ərazisində istifadə edilməsi qadağan olunacaq. 


Sfera.az xəbər verir ki, “Wall Street Journal” qəzetindəki xəbərdə, bu tələbin Xəzinədarlıq Departamentinin Xarici İnvestisiyalar Komitəsi tərəfindən edildiyi bildirilib. 
ABŞ bu tələbini milli təhlükəsizliyi qorumaq məqsədi ilə izah edir. 


“TikTok”un sözçüsü Bruk Obervetə verdiyi açıqlamada deyib ki, tətbiqin satılması milli təhlükəsizliyə təminat vermir. Onun sözlərinə görə tətbiqin sahibinin dəyişdirilməsi məlumat axınına və ya girişə yeni məhdudiyyətlər qoymur. 


Qeyd edək ki, ABŞ-nin dövlət qurumlarında “TikTok”dan istifadə artıq qadağan edilib. Fevralın 28-də qüvvəyə minən qərara əsasən, 30 gün ərzində ABŞ-də federal mülkiyyətdə olan bütün telefonlardən “TikTok” silinəcək. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR