Balidə ukraynalılar və ruslar üçün viza güzəştlərini ləğv etmək istəyirlər

Balidə ukraynalılar və ruslar üçün viza güzəştlərini ləğv etmək istəyirlər

Bali hakimiyyəti ukraynalılar və ruslar üçün viza güzəştlərini ləğv etmək istəyir.
 

Sfera.az xəbər verir ki, adanın hakimiyyət orqanları Ukrayna və Rusiyadan olan turistlərin qeyri-qanuni işlədiyini və sosial şəbəkələrdə yol hərəkəti qaydalarını necə pozduqları və onları saxlayan polislə kobud davrandıqları barədə videolar yayıldığını bildiriblər.


İndoneziyanın Bali adasının qubernatoru Vayan Koster İndoneziya Xarici İşlər Nazirliyinə Ukrayna və Rusiyadan gələn turistlərin sadələşdirilmiş girişini ləğv etməyi təklif edib. Bu, həmin ölkələrin vətəndaşlarının nalayiq davranışları və cinayət əməllərinə cəlb olunması ilə bağlı yayılan məlumatlarla bağlıdır.
 

İndi ukraynalılar və ruslar hava limanına gəldikdən sonra viza alırlar.
 

"Mən nazirliklərə ruslar və ukraynalılar üçün viza azadlığının ləğv edilməsi xahişi ilə məktub yazdım"- deyə Koster bildirib.
 

Onun sözlərinə görə, o, xaricilər arasında məşhur olan adada iş tapmaq üçün turist vizalarından sui-istifadə edən Ukrayna və Rusiyadan olan turistlər barədə məlumat və şikayətlər aldıqdan sonra belə bir qərar verib.
 

"Niyə bu iki ölkə? İndi onlar müharibədədirlər, ona görə də onlar Baliyə təkcə turist kimi deyil, həm də işləmək üçün gəlirlər"- deyə Koster bildirib.
 

O, brifinq zamanı 31 ukraynalı və rusiyalı turistin deportasiya olunduğunu da açıqlayıb.
 

Koster qeyd edir ki, sosial şəbəkələrdə, ukraynalı və rusiyalı turistlərin yol hərəkəti qaydalarını necə pozduqları və onları dayandıran polis əməkdaşları ilə kobud davranmaları əks olunan videolar paylaşılır.
 

Xatırladaq ki, 2022-ci ilin payızında bir sıra Avropa dövlətləri Rusiya vətəndaşlarının girişini bağlayıb və ya məhdudlaşdırıb. Sentyabrın 21-də Latviya hakimiyyəti Şengen vizası olan Rusiya vətəndaşlarının sərhədi keçməsini məhdudlaşdırdığı məlum olub. Bundan başqa, Riqa səfərbər olan ruslara humanitar viza vermək niyyətində olmadığını açıqlayıb.


Sentyabrın 29-da Finlandiya da rusların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb Ukraynanın işğal olunmuş ərazilərində “referendum”ların keçirilməsini əsas gətirib.


Oktyabrın 25-də Çexiya Şengen vizası ilə Rusiya vətəndaşlarının girişini bağlayıb. Belə ki, Çexiya hökuməti ölkəyə turizm, idman və mədəni məqsədlərlə gəlmək istəyən ruslar üçün giriş vizalarını ləğv edib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...