Sümüklərim parçalanır - Saakaşvili ölüm ayağında olduğunu bildirib

Sümüklərim parçalanır - Saakaşvili ölüm ayağında olduğunu bildirib

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanadan köçürüldüyü xəstəxanada ölüm ayağında olduğunu bildirib.

 

Sfera.az bildirir ki, siyasətçi bunu martın 12-də Britaniyanın “Sky News” telekanalına müsahibəsində deyib.
 

Mixail Saakaşvili 120 kiloqramdan 64 kiloya qədər arıqladığını, çoxlu orqan çatışmazlığı ilə qarşılaşdığını bildirib. Saakaşvilinin vəkili Şalva Xaçapuridze də bildirib ki, müdafiə etdiyi şəxsin vəziyyəti hər gün pisləşir.


Çəkisi 60 kiloqramdan aşağı olarsa, o, çoxlu orqan çatışmazlığı ilə hədələnir.
 

“Əvvəlcə 120 kiloqram idim, indi 64 çəkim var, əgər çəkim 60-dan aşağı düşərsə, həkimlər çoxlu orqan çatışmazlığını proqnozlaşdırırlar”- deyə o bildirib.


Saakaşvili onu da bildirib ki, o, daim yataqdadır, sümükləri parçalanır və bu, dözülməz ağrılara səbəb olur.
 

Vəkili Saakaşvilini faşist Almaniyasındakı məhbusla müqayisə edib:
 

"Bu, dəhşətli mənzərədir. O, nasist Almaniyasındakı konslager məhbusuna bənzəyir"-deyə hüquq müdafiəçisi bildirib.
 

Bundan başqa, Mixail Saakaşvili parlamentin “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra Tbilisi küçələrinə çıxan minlərlə nümayişçi qarşısında çıxış edib.
 

“Çox ayıq olun, oliqarx rejimin intiqamçı hissləri ucbatından mümkün qədər tez səfərbər olmağa hazır olun”- deyə o əlavə edib.
 

Xatırladaq ki, noyabrın 20-də Gürcüstanın eks-prezidentinin vəkili onun zəhərləndiyini bildirmişdi. Saakaşvilinin anası bildirib ki, onun orqanizmində ağır metalların miqdarı artıb. Öz növbəsində, Gürcüstan Penitensiar Xidməti belə bəyanatları təkzib edib.
 

Noyabrın 8-də Mixail Saakaşvilinin mətbuat katibi ona vərəm və demensiya diaqnozu qoyulduğunu bildirib. O, ümumiyyətlə, siyasətçidə 36 xəstəliyin təsdiq oluna biləcəyini istisna etməyib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...