Sunak Fransa ilə razılaşma əldə etdi - FOTO

Sunak Fransa ilə razılaşma əldə etdi - FOTO

Böyük Britaniya baş naziri Rişi Sunak miqrantların Avropaya qayıtması ilə bağlı razılaşma əldə etmək üçün 500 milyon funt-sterlinqlik üç illik İngiltərə-Fransız müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində miqrantların Fransanı kiçik qayıqlarla tərk etmələrinin qarşısını almaq üçün mərkəz tikilməsi nəzərdə tutulur. Tikinti Britaniya tərəfindən maliyyələşdiriləcək.
 

Sfera.az bildirir ki, mərkəzdə saxlanılan miqrantlar təhlükəsiz olduqları təqdirdə öz ölkələrinə, yoxsa getdikləri son ölkəyə göndərilməzdən əvvəl 90 günə qədər saxlanıla bilərlər.
 

Sunak bildirib ki, yeni saziş miqrantların artması ilə mübarizədə İngiltərə-Fransa əməkdaşlığını yüksək səviyyəyə çatdıracaq, çimərliklərdə xidmət edən zabitlərin sayı iki dəfədən çox artaraq 800-ə çatacaq və yeni birgə komandanlıq mərkəzi yaradılacaq.
 

Üç il ərzində Britaniya tərəfindən 478 milyon funt sterlinq dəyərində dəstəklənən saziş, Sunak və Fransa prezidenti Emmanuel Makron arasında keçirilən bir günlük ikitərəfli sammitin sonunda əldə edilib.
 

Müqavilə Yelisey Sarayında rəsmilərin iştirakı olmadan bir saatdan çox davam edən təkbətək görüşdə imzalanıb.
 

Fransızlar isə Böyük Britaniyanın vəsaitinin beş qatını xərcləyəcəklər - üç il ərzində ümumi məbləği 3 milyard funt-sterlinqə çatdıracaqlar. Makron isə hələ də Fransadan İngiltərəyə qeyri-qanuni yollarla gələn Kanal miqrantlarını geri almaq üçün ikitərəfli razılaşmaya qarşı olduğunu bildirib. Onun fikrincə bunun üçün bütövlükdə Aİ ilə danışıqlar aparılmalı idi.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - VİDEO

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.   Sfera.az-ın məlumatına görə, Balaşov Famil Adil oğlu idarə etdiyi “V...

Sabah bu ərazilərdə işıq olmayacaq

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında iyulun 11-də yenidən...

Almaniyada meyiti tapılan tələbə Lənkəranda dəfn edildi

Almaniyada meyiti tapılan 18 yaşlı tələbə Kənan Camal oğlu Səfərov doğulduğu kənddə torpağa tapşırılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ...

Avropa Əliyev-Paşinyan görüşünü dəstəklədi: Sülh sazişinə çağırış

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan liderlərinin iyulun 10-da Əbu-Dabidə baş tutan görüşünü dəstəklədiyini bildirib.   Sfera.az xəbər ...

Prezidentin BƏƏ səfərindən- GÖRÜNTÜLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin “X” sosial şəbəkəsi hesabında dövlət başçısının Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ilə bağlı paylaşım ...

Taksi sürücüləri SİMA ilə təsdiqlənəcək!

Taksilərdə ən çox rast gəlinən problemlərdən biri tətbiqdə göstərilən avtomobil və sürücüdən fərqli birinin sifarişə gəlməsi idi.   Bu, xüsusilə uşaq...