Ukraynalılar məğlubedilməzə necə çevrildilər? - “Telegraph” agentliyinin yazısı

Ukraynalılar məğlubedilməzə necə çevrildilər? - “Telegraph” agentliyinin yazısı

Rusiyalı hərbçilər tərəfindən öldürülən ukraynalı əsirin mübarizə əzmi ilə bağlı yayılan video geniş müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, bu barədə “Telegraph” agentliyində məqalə yayımlanıb.

 

Məqalədə bildirlib ki, ömrünün son anlarında əsirin “Slava Ukraini” deyərək meydan oxuması Rusiya Prezidenti Vladimir Putinə mesajdır: “Bizi istədiyiniz qədər öldürə, işgəncə verə bilərsiniz, amma mübarizə əzmimizi qıra bilməzsiniz”.

 

Bu itaətsizlik ötən ilin fevralda Ukraynaya qoşun yeridən Putinin gözləntilərinin tam əksidir. Onun “xüsusi hərbi əməliyyatı” heç də müharibə kimi planlaşdırılmamışdı: bu, qorxu salmaq, marionet rejimi qurmaq və Ukraynanı geri çəkilməyə məcbur etmək məqsədi daşıyan hərbi-psixoloji aksiya idi. Buna görə də əzmkar rəqibi məğlub etmək üçün çox az qüvvə ilə hücuma keçilmişdi.

 

Rusiya Federal Təhlükəsizlik Xidməti başda olmaqla, kəşfiyyat orqanları Putinə rusdilli ukraynalıların işğalçıları qucaq açaraq qarşılayacaqlarını demişdilər. Bunun baş verməsini təmin etmək üçün uzun illər ərzində Rusiyanın təhlükəsizlik xidmətlərinə böyük məbləğlər ödənilib. Amma Rusiya kəşfiyyat orqanlarının bu məsələdə yanıldığı ortaya çıxdı. Pis hazırlıqlı rus qoşunları sonradan partizanların onlara qarşı döyüşdüyü rusdilli ərazilər də daxil olmaqla, onları təəccübləndirən müqavimət səviyyəsi ilə qarşılaşdı. ABŞ agentliklərinin qiymətləndirməsi Ukraynanın tez bir zamanda dağılacağından ibarət idi.

 

Ukraynalılar həm rusların, həm də amerikalıların bu qədər yanıldığını necə sübut edə bildilər? Bu sualın cavabı bizi yenidən Ukrayna meşələrində naməlum əsgərin qətlinə aparır. Onun ölüm anında belə göstərdiyi müqavimət Ukrayna ordusunun simvoluna çevrilib.

 

Mariupolda ukraynalı müqaviləli dəniz piyadası kimi döyüşmüş keçmiş britaniyalı  Şaun Pinner deyir ki, heç bir pul, təhdid və ya yaltaqlıq insanı ölə biləcəyini bilərək döyüşməyə məcbur edə bilməz. Mənəviyyat güclü liderlik, sağınız və solunuz üçün həyatınızı riskə atmağa vadar edən komanda birliyinə, ailənizin və ölkənizin verdiyiniz mübarizədən asılı olduğunu bilmək və etdiyiniz işin doğru olduğuna inamla əldə edilir.

 

Bacarıqsız rəhbərliyi olan rus qoşunları təbliğata rəğmən nə üçün vuruşduqlarını bilmirlər, belə bir üstünlükdən məhrumdurlar. Bəzilərinin silah gücü ilə döyüşə məcbur edilməsi hekayələri də var.

 

Şükürlər olsun ki, Ukraynada bu çatışmazlıqlar yoxdur. Keçən ilin fevralında Putinin planlarının puça çıxmasının ən mühüm səbəblərindən biri Zelenskinin rəhbərliyi, Kiyevdə qalması və öz nümunəsi ilə ölkəni bir araya gətirməsi idi. Onun Qərb tərəfindən təlim keçmiş ordusu sklerotik ruslar üzərində əməliyyat və taktiki üstünlüklərə malikdir. Ukrayna hərbi kəşfiyyatı, qismən Britaniya və ABŞ-ın birbaşa müdaxiləsi sayəsində müstəsna dərəcədə uğur qazanıb.

 

İnci


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...