Logo

"Sky News": İran Xəzər vasitəsilə Rusiyaya sursat çatdırıb

"Sky News": İran Xəzər vasitəsilə Rusiyaya sursat çatdırıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yanvarın ortalarında Xəzər dənizi vasitəsi ilə İrandan Rusiyanın Həştərxan limanına 200 konteyner sursatın olduğu iki gəmi gəlib.

Sfera.az bu barədə “Sky News” ABŞ kəşfiyyatındakı yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.

Bu gəmilərdə Rusiyanın nağd ödəməklə aldığı atıcı silahlar üçün 100 milyon güllə, 300 min mərminin daşındığı ehtimal olunur. Bildirilib ki, İran Rusiyaya 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm-lik güllələr, o cümlədən qumbaraatanlar, raketlər, minaatanlar və artilleriya üçün sursatlar gətirilib.

Bundan əlavə, gəmilərin göyərtəsində 10 min zirehli gödəkcə ola bilər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR