Logo

Pentaqon üçün 835 milyard dollarlıq büdcə istənilir

Pentaqon üçün 835 milyard dollarlıq büdcə istənilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ administrasiyası 2024-cü maliyyə ili üçün ölkə tarixində sülh dövründə ən böyük hərbi büdcə layihəsini təqdim edəcək.

Sfera.az xəbər verir ki, silah alışı üçün 170 milyard dollar, tədqiqat və inkişaf üçün 145 milyard dollar olmaqla, hər ikisi rekord qırır.

2024-cü maliyyə ili üçün hərbi büdcə 835 milyard dolları keçəcək. 2023-cü maliyyə ili üçün bu rəqəmi 816 milyard dollar həcmində təsdiqlənib.

Konkret olaraq, administrasiya Amerikanın ən bahalı silah sistemi olan daha 83 "F-35" qırıcı-bombardmançı təyyarəsi üçün vəsait istəyir. Hakimiyyət bu təyyarələrin alınması, "F-35"-in gələcək inkişafı və modernləşdirilməsi üçün 13,5 milyard dollar tələb edəcək.

Büdcədə Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün uzun məsafələrdən zərbələr endirmək üçün istifadə oluna bilən sursatların alınması üçün əhəmiyyətli vəsait ayrılması nəzərdə tutulub.

Kosmik Qüvvələrin 2024-cü maliyyə ilində raketləri izləmək üçün müxtəlif orbitlərdə daha dayanıqlı peyklər bürcü yaratmaq üçün təxminən 3,9 milyard dollara ehtiyacı olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR