ABŞ-dan Gürcüstana sanksiya mesajı verildi
"Mən ABŞ-ın sanksiyalarına məruz qala biləcək konkret şəxslərdən danışmıram. Biz gürcü xalqının istəklərinə zidd ola biləcək şəxslərin məsuliyyətə cəlb edilməsinə diqqətlə baxacağıq".
Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın istənilən yerdə, dünyanın istənilən ölkəsində istənilən şəxsi məsuliyyətə cəlb etmək üçün bir sıra rıçaqları var.
“Bildiyiniz kimi, mən ABŞ-ın sanksiyalarına məruz qala biləcək konkret şəxslərdən danışmıram, lakin bizim ixtiyarımızda bir sıra rıçaqlar var ki, bizə istənilən yerdə, dünyanın istənilən ölkəsində hər kəsi məsuliyyətə cəlb etməyə imkan verəcək. Ümumbəşəri insan hüquqlarının məhdudlaşdırılmasına görə məsuliyyət daşıyan bir yurisdiksiya var ki, müxtəlif qanunlarda və icra sərəncamlarında qeyd olunub ki, biz bu kontekstdə, eləcə də istənilən kontekstdə qanuna zidd ola biləcək şəxslərin məsuliyyətə cəlb edilməsinə diqqətlə baxacağıq. Gürcü xalqının iradəsi və ilk növbədə gürcü xalqının gözlədiyi və ümumbəşəri hüquqları ilə buna layiqdir”, - Ned Prays deyib.






