“Oğurlanan atımın dəyəri 10 milyon dollar olub” - Kadırov

“Oğurlanan atımın dəyəri 10 milyon dollar olub” - Kadırov

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Çexiyada oğurlanan Zazu adlı atının ən azı 10 milyon dollar dəyərində olduğunu bildirib.


Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında məlumat verib. 


Kadırov əlavə edib ki,  Zazu ona qarşı sanksiyaların ilk qurbanı olub: “Ümumiyyətlə, mən təsadüfə inanmıram. At oğruları bir növ unikaldırlar. Onlar sanksiyaya məruz qalan atı oğurlamaq üçün axmaq, polis isə oğruları tapmamaq üçün hiyləgərdir. Gözəl və nəcib heyvan indi əziyyət çəkir”. 


Qeyd edək ki, Çexiyada Çeçenistanın rəhbəri Ramzan Kadırovun cins atı oğurlanıb. Atın oğurlanması Ramzan Kadırovun əmlakına qarşı sanksiya tətbiq edilməsindən sonra baş verib. Kadırovun sanksiyaya məruz qalan əmlakları arasında Zazi adlı damazlıq ingilis atı da olub. 


Çexiya mediası yazır ki, atın bazar qiyməti 18 min dollardır. Kadırov isə atın daha baha olduğunu iddia edir. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR