Ermənistanda qızılcaya yoluxma halları artır

14:12 / 08.03.2023
4877
Ermənistanda qızılcaya yoluxma hallarının təsdiqlənmiş sayı 39-a çatıb.
Sfera.az xəbər verir ki, 18 nəfər xəstəxanaya yerləşdirilib, 14 nəfər ev şəraitində müalicə alır, 7 nəfər isə artıq xəstəxanadan buraxılıb.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir, ikisinin vəziyyəti ağırdır.
Yoluxmuş 39 nəfərdən 36-sı peyvənd olunmayıb, üçü peyvəndin bir dozasını alıb.
Ermənistanın Səhiyyə Nazirliyi adi qızılca peyvəndi almamış uşaqların valideynlərini, həmçinin peyvənd almamış xəstələrlə təmasda olan böyükləri klinika ilə əlaqə saxlamağa və peyvənd etdirməyə çağırır.