Gürcüstan DİN BƏYANAT YAYDI: "Tabe olun...
Etirazçıların zorakı hərəkətləri nəticəsində bir neçə asayiş keşikçisi yaralanıb, polis texnikası və avadanlıqları zədələnib.
Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayıb.
Məlumatda bildirilir ki, Nazirliyin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, aksiya iştirakçıları polisin göstərişlərinə tabe olmayaraq zorakılıq hərəkətlərini davam etdiriblər, bundan sonra polis qanunla onlara verilmiş səlahiyyətlər daxilində mütənasib qüvvə və xüsusi vasitələrdən istifadə edib.
Daxili İşlər Nazirliyi asayişin qorunmasına cavabdeh qurum kimi bir daha bütün vətəndaşları, aksiyanın təşkilatçılarını və iştirakçılarını asayişi qorumağa, polisin qanuni tələblərinə tabe olmağa çağırıb.
Aksiya zamanı hər hansı qanun pozuntusu faktına polis tərəfindən dərhal reaksiya veriləcəyi və qanun çərçivəsində dərhal qarşısı alınacağı qeyd olunub.






