Logo

Rusiyaya da, Ukraynaya da silah vermirik - Serbiya prezidenti

Rusiyaya da, Ukraynaya da silah vermirik - Serbiya prezidenti
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin nə Rusiyaya, nə də Ukraynaya silah tədarük etmədiyini bildirib.

Sfera.az TASS-a istinadən xəbər verir ki, Vuçiç Serbiyanın silah-sursatın üçüncü tərəfə ötürülməsindən qorunmaq üçün əlavə tədbirlər gördüyünü açıqlayıb.

"Hər bir müqavilədə ölkənin istehsal etdiyi silahların Belqradın icazəsi olmadan yenidən satışına qadağa qoyulub", - deyə o söyləyib.

Vuçiç xatırladıb ki, ölkəsi əvvəllər münaqişə zonalarına silah çatdırılmasında ittiham olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR