Logo

BMT-dən bu ölkələrə TƏCİLİ ÇAĞIRIŞ

BMT-dən bu ölkələrə TƏCİLİ ÇAĞIRIŞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş dünyanın zəngin ölkələrini və enerji nəhənglərini yoxsul ölkələri “basqın” faizləri və iflic edici yanacaq qiymətləri ilə boğmaqda ittiham edib.

Sfera.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən Ən Az İnkişaf Etmiş Ölkələr (LDC) sammitində çıxış edən Quterreş zəngin ölkələri iqtisadiyyatlarını dirçəltmək, səhiyyə və təhsili yaxşılaşdırmağa cəhd edən yoxsul ölkələrə ildə 500 milyard dollar ayırmağa çağırıb.

“Qlobal maliyyə sistemimiz zəngin ölkələr tərəfindən, əsasən, onların xeyrinə qurulub” – Quterreş deyib.

Sammitə sədrlik edən Malavi prezidenti Lazarus Çakvera deyib ki, bu ölkələrə yardım “mehribanlıq və ya xeyriyyəçilik deyil, mənəvi məsuliyyətdir”.

33 Afrika ölkəsi, 12 Asiya-Sakit Okean ölkəsi, həmçinin Haitidən olan liderlər və nümayəndələr BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr sammitində ən həssas üzvlərə xüsusi beynəlxalq dəstək vermək üçün bir araya gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR