“Pantone”dən mövsümün rəng hesabatı: qırmızımtıl qəhvəyi, parlaq sarı, zərif boz... - FOTO

“Pantone”dən mövsümün rəng hesabatı: qırmızımtıl qəhvəyi, parlaq sarı, zərif boz... - FOTO

“Pantone” Rəng İnstitutu London Moda Həftəsində dizaynerlərin qeyri-adi rəng birləşmələrindən ilhamlanaraq yeni və canlı rənglərlə dolu palitradan istifadə edəcəklərini açıqlayıb.

 

Sfera.az bildirir ki, “LFW AW23” rəng trendi hesabatı unikal şəxsiyyəti və azad olmaq istəyini əks etdirən rənglər toplusunu ortaya qoyub.

 

Mövsümün rəngləri diqqəti cəlb edən canlı, əlvan rənglərə olan ehtiyacı vacib, lakin zərif tonlarla birləşdirib. “Pantone” Rəng İnstitutunun icraçı direktoru Litris İzman bu barədə danışarkən “Şəxsi ifadə və üslub azadlığı rəngarəng imkanlarla dolu gələcəyə yol açır. Fərqlilik və dünyaya əslində kim olduğunu göstərmək istəyini stimullaşdırmaq istiqamətində LFW Payız/Qış 2023/2024 üçün istifadə olunan rəng birləşmələri məzəli fərdi görünüşlər, qeyri-ənənəvi birləşmələr və dərin rəng qarışıqları ilə xarakterizə olunan yeni sərbəst üslublu yanaşmadır”, deyə söyləyib.

 

“AW23” üçün təbii qızılı yaşıl və qırmızımtıl qəhvəyi kimi incə çalarlarla yanaşı, həssas qırmızı və parlaq sarı kimi dinamik çalarlardan ibarət 10 rəng seçilib.

 

Pantone 16-1544 "Persimmon" - zərif şirinliyi olan ballı mərcan rəngi.

 

Pantone 15-1624 “Conch Shell” - diqqətçəkən və gizli, fərqli çəhrayı rəngi.

 

Pantone 18-1664 “Fiery Red” - həyəcanverici, seksual və həssas rəng.

 

Pantone 19-1337 “Fired Brick” - zərif qırmızımtıl qəhvəyi rəng.

 

Pantone 13-0535 "Sharp Green" - kəskin sarı-yaşıl rəngi.

 

Pantone 14-3921 “Lacecap Hydrangea” – yeni, çiçəksayağı mavi.

 

Pantone 14-0957 "Spectra Yellow" - yenilik və enerjidən bəhs edən parlaq sarı.

 

Pantone 16-0847 “Olive Oil” - qidalandırıcı qızılı yaşıl.

 

Pantone 19-3336 "Sparkling Grape" - zövqlü və valehedici rəng.

 

Pantone 16-4535 “Blue Atoll” – su mənşəli mavi rəng.

 

Pantone payız/qış 2023 LFW üçün əsas klassik rənglər – Rəng institu həmçinin əlavə edib ki, LFW üçün 10 gözə çarpan trend rəngi beş yeni klassik tonla birlikdə təqdim olunur:

 

Pantone 15-1216 "Pale Khaki”- müasir, çoxyönlü qara.

 

Pantone 19-0414 "Forest Night” - güclü yaşıl rəng.

 

Pantone 13-4108 “Nimbus Cloud” - zərif boz rəng.

 

Pantone 12-0703 “Seedpearl” - yüngül kölgəli ağ rəng.

 

Pantone 18-0202 “Lava Smoke” - tünd boz rəng.

 

Pantone “NYFW AW23” üçün əyləncəli rəng palitrasını da təqdim edib - AW23 üçün NYFW rəng palitrasına buzlu yaşıl, parlaq sarı, yumşaq şaftalı çalarları və torpaq qəhvəyisi daxil olmaqla, beş əsas klassiklə yanaşı, südlü ağdan tünd maviyə və təbii boz rənglərə qədər təqdim olunan rənglər daxildir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR