“Coperni” brendi meteoritdən əl çantası hazırladı - FOTO

“Coperni” brendi meteoritdən əl çantası hazırladı - FOTO

Şüşə çantaları və model Bella Hadidin üzərinə səpilən maye paltarı ilə məşhur olan ikonik brend “Coperni” bu dəfə bir qədər də irəli gedərək meteoritdən hazırlanmış əl çantasını təqdim edib.


Sfera.az bildirir ki, brend öz səhifəsində kiçik, lakin çox ağır görünən əl çantasının fotosunu yerləşdirib.
 

Markaya görə, meteorit Yerə 55 min il əvvəl düşüb və 1968-ci ildə Fransanın cənubunda tapılıb.
 

Markanın səhifəsində qeyd olunur ki, çanta 2023-cü ildə meteoritdən kəsilib.
 

Görünür, bu əl çantası Paris Moda Həftəsində təqdim olunacaq.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə zarafat edərək, çantanın quldurlarla mübarizə aparmaq üçün əla vasitə olduğunu bildiriblər. Belə ki, çanta böyük olmasa da, çox ağırdır.
 

Xatırladaq ki, “Coperni” brendi 2013-cü ildə Parisdə Sebastien Meyer və Arnaud Vaillant tərəfindən təsis edilib. İş və həyatda gələcək tərəfdaşlar Moda İnstitutunda “Mod'art International Paris”də oxuyarkən tanış olublar. Sebastien moda dizaynı, Arnaud isə moda biznesi və idarəçiliyi sahəsində təhsil alıb.
 

Brendin rəsmi saytına görə,
 

“Onlar 2009-cu ildə tanış olduqları vaxtdan Meyer və Vaillant arasındakı davamlı bədii dialoq dərin bir dizayn dilinə çevrildi".
 

Şirkətin adı astronom Nikolay Kopernikin həyat fəaliyyətindən ilhamlanıb.


Brendin əsas uğuru “Coperni Swipe Bag” olub.


Məşhur “Coperni”şüşə çantası


"Biz minimalist orqanik formaları, eləcə də texnologiyanı sevirik. Bütün çantalarımız texnologiya simvollarından ilhamlanıb. iPhone-da kilidi açmaq üçün yuxarı sürüşdürün"-deyə dizaynerlər izah ediblər.



O vaxtdan bəri onlar məşhur çantalarını qızıldan yaradıb, şüşədən cilalayıb, indi də meteoritdən oyublar.



Keçən il Koperni dizaynerləri moda həftəsində çılpaq model Bella Hadidi maye pambıq paltarda “geyindirmişdilər”. Nümayiş əsl sensasiyaya çevrilmişdi.

 

 

Aynil

Sfera.az
 

 


OXŞAR XƏBƏRLƏR