Nobel Sülh Mükafatı laureatı Belarusda mühakimə olundu - FOTO

Nobel Sülh Mükafatı laureatı Belarusda mühakimə olundu - FOTO

Belarus məhkəməsi Nobel Sülh Mükafatı laureatı, Viasna hüquq-müdafiə mərkəzinin rəhbəri Ales Byalyatskini 10 il müddətinə azadlıqdan məhrum edib.


Sfera.az bildirir ki, bu barədə Belarus hüquq müdafiəçiləri öz teleqram kanallarında məlumat veriblər.
 

Hakim Marina Zapasnikin sözlərinə görə, Bialiatski "mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq" və "ictimai qaydanı kobud şəkildə pozan qrup hərəkətlərini maliyyələşdirməkdə" təqsirli bilinir. Qeyd edək ki, prokuror Bialiatskiyə 12 il həbs istəyib.


Həmçinin Belarus hüquq müdafiəçiləri bildirirlər ki, məhkəmə Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse-prezidenti və deputat Byalyatski Valentin Stefanoviçə 9 il həbs cəzası verib.
 

“Azad seçkilər uğrunda hüquq müdafiəçiləri” kampaniyasının koordinatoru Vladimir Labkoviç də 7 il müddətinə azadlıqdan məhrum edilib.
 

Bundan başqa, məhkəmə “Viasna”nın digər hüquq müdafiəçisi Dmitri Solovyovu da şərti olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.
 

Qeyd edək ki, Ales Byalyatsky - Nobel Sülh Mükafatı laureatıdır.
 

O, Ukraynanın "Vətəndaş Azadlıqları Mərkəzi" - "Memorial" hüquq müdafiə təşkilatı ilə birlikdə 2022-ci ildə Nobel Sülh Mükafatı laureatı olub.
 

Nobel Komitəsinin rəhbəri Berit Reiss-Andersen qeyd edib ki, laureatlar cinayətkarları məsuliyyətə cəlb etmək, qurbanlara hörmət göstərmək və vəhşiliklərin təkrarlanmasının qarşısını almaq məqsədilə sistemli şəkildə keçmiş və indiki insan hüquqlarının pozulması və hərbi cinayətlərə dair sübutlar toplayıblar.
 

Xatırladaq ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Zelenski Belarus müxalifəti və xüsusən də Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanovskaya ilə münasibətləri inkişaf etdirmək üçün heç bir səbəb görmür.


Aynil
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR