Logo

Popokatepetl vulkanını izləyənlərə meteorit şoku – FOTO

Popokatepetl vulkanını izləyənlərə meteorit şoku – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Meksikada Popokatepetl vulkanının yaxınlığında səmada meteorit görünüb.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, atmosferə girən meteorit son zamanlar fəaliyyətini artıran Popokatepetl vulkanını 24 saat izləyən kameralar tərəfindən görüntülənib. Meteorit atmosferə girdikdən sonra bir anda parıldayıb və daha sonra yox olub.

Qeyd edək ki, vulkanda son 24 saat ərzində 182 qaz və kül çıxışı qeydə alınıb. Sonuncu dəfə martın 1-də iki dəfə püskürən vulkannın bu il qeydə alınan püskürmələrinin sayı 162-yə çatıb.

2022-ci ildə 113 püskürmə qeydə alınan Popokatepetl vulkanının bir ildən çoxdur aktivliyində artım müşahidə edilir. Mançester Universitetinin alimlərinə görə, Popokatepetl yaxın bir neçə ildə böyük püskürmə gözlənilən vulkanlar arasında beşinci yerdədir.

Lalə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR