Polisdən gizlənmək üçün 14 il mağarada yaşadı - VİDEO

Polisdən gizlənmək üçün 14 il mağarada yaşadı - VİDEO

Liu Mouf adlı Çinli iki ortağı ilə birlikdə yanacaqdoldurma məntəqəsini qarət edib. Oğrular həmin gün kassada cəmi 23 dollar tapıblar və məyus halda dağılıblar. Tezliklə polis çinli ortaqları həbs edib və Lui səlahiyyətlilərin onu asanlıqla tapa biləcəyini anlayaraq gizlənməyə qərar verib.

 

Sfera.az bildirir ki, hüquq-mühafizə orqanları onun ailəsini dindirərkən və evində axtarış apararkən kişi meşədə gizlənib. Sonra o, bir dağ mağarasına köçüb, orada ovla və giləmeyvə toplamaqla yaşayıb. Bəzən yemək almaq və valideynlərini görmək üçün kəndə gedib, lakin əsasən “dərviş” həyatı yaşayıb.

Liunun ailəsi dəfələrlə onu təslim olmağa çağırsa da, kişi bundan imtina edib. Yalnız bu il, belə yaşamağa davam edə bilməyəcəyini anlayıb və könüllü olaraq polisə təslim olub. Kişi 14 il ərzində ailəsinin həyatında atasının dəfni, oğlunun toyu və nəvəsinin doğulması kimi bir çox mühüm hadisələri qaçırıb.
 

Oğurlanmış pulun az olmasına baxmayaraq, soyğunçuluq hələ də Çində çox ağır cinayət hesab olunur. Oğurluq zamanı silahdan istifadə edilməsinə görə həmin şəxsi 10 ilə qədər həbs cəzası gözləyir.


Liu hal-hazırda həbsdədir və 10 ilə qədər həbs cəzası ala bilər.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR