Almaniya kanslerindən Pekinə MESAJ: “Bunu etməyin!”

Almaniya kanslerindən Pekinə MESAJ: “Bunu etməyin!”

Almaniya kansleri Olaf Şolts Pekinə mesaj göndərib.

 

Sfera.az bildirir ki, kansler Çinin Rusiyaya silah göndərmək ehtimalından danışıb. “Reuters” agentliyinin məlumatına görə, Şolts Almaniya parlamentindəki çıxışı zamanı Pekinin nüvə silahının deeskalasiyası istiqamətində səylərini alqışlasa da, fikirlərini bu cür davam etdirib: 

 

“Pekinə mesajım aydındır: Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını təmin etmək üçün Moskva üzərindəki təsirinizdən istifadə edin. Eyni zamanda, işğalçı Rusiyaya heç bir silah verməyin”.

 

Xatırladaq ki, ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays da Çinlə bağlı açıqlama  verib. “Çin Ukrayna savaşında özünü vicdanlı vasitəçi kimi göstərməyə çalışsa da, bu, belə deyil. Bu ölkənin hələ tədarük etmədiyi, lakin nəzərdən keçirdiyimiz silahlar məsələsini bir kənara qoysaq, Pekin artıq Rusiyaya əhəmiyyətli yardımlar edib, diplomatik, siyasi, iqtisadi və ritorik dəstək verib”, deyə o söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR