Real Survivor - 31 gün Amazonda qurd və həşəratlar sayəsində möcüzəvi şəkildə sağ qalıb

Real Survivor - 31 gün Amazonda qurd və həşəratlar sayəsində möcüzəvi şəkildə sağ qalıb

30 yaşlı Conatan Akosta Boliviyanın şimalında ov edərkən dörd dostundan arxada qalıb. Bundan sonra o, vəhşi Amazon cəngəlliyində 31 gün tək yaşamalı olub.

 

Sfera.az bildirir ki, gənc adam bu müddət ərzində 17 kq arıqlayıb, topuğu burxulub və günlərlə susuz qalıb.
 

Conatan çəkmələrdə yığılan yağış suyunu içir, qurdları və digər həşəratları yeyir, yaquarlardan və digər təhlükəli heyvanlardan gizlənib. O, itkin düşdükdən bir ay sonra yerli sakinlərdən və dostlardan ibarət axtarış qrupu tərəfindən tapılıb.
 

"Bu inanılmazdır, insanların bu qədər uzun müddət məni axtardığına inana bilmirəm"-deyə Conatan göz yaşları içində bildirib.


Conatan Akosta 17 kq arıqlamış, topuqları burxulmuş və susuz qalmışdı. Tapılanda o, hələ də axsayaraq gəzə bilib.
 

"Mən qurd yedim, böcək yedim. Bütün bu müddət ərzində sağ qalmaq üçün nə etməli olduğuma inanmayacaqsınız"- deyə o, jurnalistlərə bildirib.


Conatan yaşananlardan sonra hələ də psixoloji şokdadır
 

Boliviyalı itəndə yanında pala və ya fənər olmayıb və çəkmələrindən su içmək üçün istifadə etdiyinə görə ayaqyalın qalmalı olub. O, qohumlarına təsadüfən yaquar da daxil olmaqla vəhşi heyvanlarla rastlaşdığını deyib.
 

Ailəsi Conatanın necə itdiyi və necə sağ qalmağı bacardığına dair bütün təfərrüatları hələ bir araya gətirmədiklərini bildirib. Conatan bu yaşananlardan sonra hələ də psixoloji şokda olduğu üçün təfərrüatları tədricən öyrənəcəklər.
 

Qardaşının dediyinə görə, Conatan Akosta ovdan həmişəlik imtina etmək qərarına gəlib.


"O, Allahı izzətləndirmək üçün musiqi çalacaq. O, bunu Allaha vəd edib və məncə, vədinə də əməl edəcək"- deyə qardaşı bildirib.


Aynil
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...