\"İrana nüvə bombası üçün material hazırlamağa 12 gün lazımdır\" - ABŞ rəsmisi

\

İrana nüvə bombası üçün material hazırlamağa 12 gün lazımdır.

 

Sfera.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal Nümayəndələr Palatasında dinləmələr zamanı deyib.

 

Onun sözlərinə görə, Donald Tramp administrasiyası Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdıqdan sonra İran nüvə bombası hazırlamaq qabiliyyətini xeyli yaxşılaşdırıb.

 

“2018-ci ildə əvvəlki administrasiya proqramdan çıxmaq qərarına gəldikdə, İranın bir bomba üçün parçalanan material istehsal etməsi təxminən 12 ay çəkməli idi. İndi onlara bunu etmək üçün 12 gün lazımdır”, - Pentaqon nümayəndəsi qeyd edib. 

 

Beynəlxalq Atom Enerji Agentliyinin (MAQATE) müfəttişləri də bunu bir həftə əvvəl İranda 84 faiz zənginləşdirilmiş uran ehtiyatlarını aşkar etdikdə açıqlamışdılar. İndiyə qədər Tehranın uranı 60 faizdən yuxarı zənginləşdirmək üçün avadanlıqlara malik olmadığı güman edilirdi.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...