Ən böyük Burger King fanatı 36 ətlik burger sifariş edib - FOTO

Ən böyük Burger King fanatı 36 ətlik burger sifariş edib - FOTO

İngiltərənin Hardvik şəhərindən olan Kreyq Harker özünə qeyri-adi ad günü hədiyyəsi edib. O, Burger King işçilərindən ad günü üçün çörəyinə 36 mal əti köftəsi qoymağı xahiş edərək Böyük Britaniyada ən böyük burger sifarişçisi olub.


Sfera.az bildirir ki, Facebook-da yayımlanan görüntülərdə Harkerin 53,49 funt sterlinq dəyərində nəhəng burger sifariş etməsi görünür.


Harker sifarişini kartof qızartması və pəhriz kola ilə tamamlayıb.
 

Yerli bufet-çayxanaların birinin sahibi olan Harter “Burger King Whopper”dən adi bir porsiya istəyib və həyatının hər ilinin şərəfinə 35 köftə əlavə edib.


"Düşünürəm ki, bu, Burger King-dən indiyə qədər sifariş edilən ən böyük burgerdir - əsl ad günü hədiyyəsidir".


Harter yeməyi sevir və özünün yemək bloqu var.
 

Lakin o, bu nəhəng burgeri yeyə bilməyib. Sifarişinin qalan üçdə ikisini yaxınlıqda yaşayan dostları və ailəsi ilə bölüşərək qalan ətləri israf etməyib.
 

Harter Kreyq yeməyi çox sevir, öz yemək bloqunu idarə edir və izləyicilərini yemək üsulları haqqında məlumatlandırmağı sevir.

“Mən artıq başqa kiçik burgerlər də hazırlamışam, ona görə də bilirdim ki, hər təbəqəyə pendir səpməməlisən, çünki o zaman burgerlər bütün səthlə sürüşəcək” -deyə o, öz təcrübəsini də bölüşüb.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR