Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların vaxtıdır - Zelenski

Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların vaxtıdır - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 28-də, Ukraynanın Avropa İttifaqına daxil olması üçün ərizənin verilməsinin ildönümündə, 2023-cü ildə Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların vaxtının gəldiyini yazıb.
 

Sfera.az-ın məlumatına görə, dövlət başçısı xatırladıb ki, Rusiyanın genişmiqyaslı təcavüzünün beşinci günündə Ukrayna Aİ-yə üzvlük üçün müraciət edib və daha sonra namizəd statusu alıb.
 

"Ukrayna həmişə Avropa olub, Ukrayna həmişə Avropa olacaq. Biz buna artıq təminat vermişik. Bir il əvvəl, genişmiqyaslı müharibənin 5-ci günündə Ukrayna Avropa İttifaqına üzvlük üçün müraciət edib və namizəd statusu alıb. Bu il Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlməyin vaxtıdır”- deyə Zelenski bildirib.
 

Onun sözlərinə görə, Avropa dövlətlərini heç vaxt olmadığı kimi birləşdirən Ukraynadır və Avropa dəyərlərini qoruyan və gələcək nəsillər üçün qoruyan da ukraynalılardır.
 

"Məhz Ukraynada Avropa bütöv, azad və dinc olur. Birlikdə mübarizədə, birlikdə qələbədə. Yaşasın Avropa! Yaşasın azadlıq!" – deyə Ukrayna lideri sözlərini yekunlaşdırıb.
 

Xatırladaq ki, 2022-ci il fevralın 28-də Ukraynanın baş naziri Denis Şmihal Ukraynanın xüsusi prosedur əsasında Avropa İttifaqına daxil olmaq üçün rəsmi müraciət etdiyini açıqlamışdı. Ertəsi gün, martın 1-də Avropa Parlamenti Ukraynaya namizəd ölkə statusunun verilməsini təsdiqləyib və avropalı deputatlar Kiyevi dəstəklədiklərini bildiriblər.


2022-ci il iyunun 23-də Avropa Parlamenti Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib. Qərarı iştirak edən 588 deputatdan 529-u təsdiqləyib.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR