Bir turistin şam yeməyində səhvi ona bütün tətildən baha başa gəldi

Bir turistin şam yeməyində səhvi ona bütün tətildən baha başa gəldi

İndoneziyaya ad gününə gələn kişi dostları ilə yemək yeyərkən bir şüşə şərab sifariş etmək qərarına gəlib. Restoran gözlənilən 500 dollar əvəzinə 2300 dollar hesab yazıb.


Başqalarına bu səhvdən qaçmağa kömək edəcək xəbərdarlıq hekayəsi Bali adasında Avstraliyadan gələn bir turistin başına gəlib.
 

Sfera.az bildirir ki, Avstraliyalı turist Facebook səhifəsində yaşadığı kədərli hadisədən danışıb.
 

"Mən üçüncü dəfə Balidə idim, amma əvvəllər heç vaxt restoranlarda spirtli içki sifariş etməmişdim. O axşam mən istisna etmək qərarına gəldim, çünki biz ad gününü qeyd edirdik. Şərab siyahısını öyrəndikdən sonra münasib qiymətli 1700++ rupi olan ağ şərab butulkası seçməyə qərar verdim”– avstraliyalı yazıb.
 

Adam qiymətin 17 000 rupi olacağını düşünüb ki, bu da təxminən 200 dollardır. Turist bunun gözlədiyindən bir qədər baha olduğunu düşünüb, lakin özəl günlə əlaqədar olaraq özünü və dostlarını sevindirməyə qərar verib.
 

Avstraliyalı bir şüşə şərab sifariş edəndə ofisiant dayanıb və ondan səhv seçim edib-etmədiyini soruşub. Belə bir reaksiya turist üçün kifayət qədər təhqiredici görünüb. Həqiqətənmi o, özəl gün münasibətilə 200 dollarlıq şərab ala bilməyən adama bənzəyir?


İçki ləzzətli şam yeməyi ilə birlikdə gətirilib və bir anda aşpaz özünü təqdim etmək üçün çıxıb.
 

"O anda mənə qəribə göründü, amma mən sadəcə buranın yaxşı restoran olduğuna qərar verdim və artıq bu barədə düşünmədim"-deyə adam xatırlayır.
 

Xidmətçilərin qəribə davranışının izahı yalnız ertəsi gün səhər kişi bank hesabını yoxlayanda məlum olub. Restoranda gözlənilən 200 dollar əvəzinə 2300 dollar silinib. Panika içində restoranın qəbzini yoxlayıb və səhvini anlayıb. Əslində butulka ona təxminən 1700 Avstraliya dollarına başa gəlib.
 

"Bu yemək əslində bütün tətildən baha başa gəldi" - deyə şanssız turist əlavə edib.


Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR