Bəzi android smartfonlar peyk rabitəsi alacaq

Bəzi android smartfonlar peyk rabitəsi alacaq

Ola bilsin ki, yaxın gələcəkdə Android əməliyyat sistemi əsasında işləyən bəzi smartfonlar peyk SMS qəbulu üçün dəstək əldə edəcəklər.
 

Sfera.az bildirir ki, simsiz rabitə çiplərinin ən böyük istehsalçılarından biri olan “Qualcomm” brendlərlə fəal danışıqlar aparır və smartfonları yeni xidməti dəstəkləyəcək iştirakçılar toplusunu toplayır. Hazırda hələ ki, Honor, Lenovo, Motorola, Nothing, OPPO, Vivo və Xiaomi kimi istehsalçılardan razılıq artıq alınıb.
 

“Qualcomm”un bu təşəbbüsü yeni iPhone modellərinin peyk SMS xidmətini təqdim etmək niyyətində olan Apple-ın planlarına bir növ cavabdır. Apple artıq yeni iPhone 14-ə SOS zəng bağlantısı təmin etmək üçün Globalstar ilə müqavilə imzalayıb və T-Mobile bu sahədə SpaceX ilə əməkdaşlıq etməyi planlaşdırır.


Mühəndislərin və marketoloqların planlarına görə, peyk SMS-ləri əhatə dairəsi zəif olan, kifayət qədər GSM stansiyalarının olmadığı ərazilərdə və Yerin əlçatmaz ərazilərində aktual olacaq. “Qualcomm” peyk SMS-in tətbiqi üçün konkret tarixlər qeyd etmir, lakin Android smartfonlarının bəzi modellərinin bu ilin ikinci yarısına qədər yeni xidməti dəstəkləyə biləcəyini təxmin edir.
 

Xatırladaq ki, məhz peyk rabitəsi 2023-cü ildə telekommunikasiya və İT sahəsində trendlərdən birinə çevriləcək. Bir qədər əvvəl Amerikanın “Garmin” şirkəti smartfonları peyk rabitəsinə qoşmaq üçün “inReach Messenger” cihazını təqdim edib. Cihaza qoşulduqda bu kiçik “qutu” istifadəçilərə SMS və e-poçt göndərmək, onlayn söhbətlər aparmaq və hətta Twitter-ə daxil olmaq imkanı verir.


OXŞAR XƏBƏRLƏR