“Fox News” kanalının aparıcısı Baydeni istefaya çağırdı: "Onun büdrəməsi..."  

“Fox News” kanalının aparıcısı Baydeni istefaya çağırdı:

“Bayden istefaya göndərilməlidir”.

 

Sfera.az bildirir ki, bunu “Fox News” kanalının aparıcısı Brayan Kilmeyd deyib.  Onun bu açıqlamasına səbəb isə ABŞ prezidentinin təyyarənin nərdivanından yıxılması ilə bağlı növbəti insident olub.

 

“Bu həftənin əsas mövzusu büdrəmədir və bunu ən yaxşı şəkildə prezidentimiz təsvir edib. O, yenə yıxılıb. Mən bunu ona lağ etmək və ya gülmək üçün demirəm, bu, mənə lazım deyil. Sadəcə, prezidentin büdrəməsi düşündüyünüzdən daha dərin simvolik məna daşıyır. Baydenin təyyarə nərdivanından daim yıxılması onun prezidentliyi dövründə ABŞ-da işlərin necə getdiyini göstərir”.

 

Brayan Kilmeyd əlavə edib ki, Ağ Ev rəhbəri daxili məsələləri unudub və yalnız xarici siyasətə diqqət yetirir.

 

Xatırladaq ki, Co Bayden bir neçə dəfə oxşar hadisə ilə qarşılaşıb. Sonuncu dəfə o, fevralın 22-də təyyarədən düşərkən büdrəyib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR