Logo

Zelenski müharibə başlayandan bu evdə yaşayır - FOTOLAR

Zelenski müharibə başlayandan bu evdə yaşayır - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibə başlayandan yaşadığı yer məlum olub.

Sfera.az bildirir ki, ukraynalı jurnalist Dmitri Komarovla müsahibəsi zamanı Zelenski vacib qərarlar qəbul etdiyi, böhranlı görüşlər keçirdiyi və dünyanın hər yerindən dövlət başçılarına telefon açdığı kiçik məkanı göstərib. Sığınacaq formalı evə müharibə başlayandan dərhal sonra köçdüyünü deyən Zelenski bir ildir işıqsız yaşamağa öyrəşdiyini vurğulayıb:

Zelenski müharibə başlayandan bu evdə yaşayır - FOTOLAR

“Dəhlizlər qara rəngdədir. Bir ildir ki, burada yaşayıram. Kiçik bir qarderobum var, paltarların hamısı bir-birinə bənzəyir, sıradan adi parçalar... İndi kostyum geyinmirəm".

Lakin Zelenski müharibənin tezliklə bitəcəyinə inandığı üçün yanında simvolik kostyum saxladığını da vurğulayıb: "Tezliklə qalib gələcəyik və yenidən kostyum geyinəcəm”.

Zelenski müharibə başlayandan bu evdə yaşayır - FOTOLAR

Onun masasında təyyarə maketləri, həyat yoldaşı Olena ilə iki övladının fotoşəkili, o cümlədən müharibə dövrünün lideri Uinston Çörçilin büstü olduğu görünüb. Zelenskinin ofisi də tank maketləri və Ukrayna bayrağı ilə bəzədilib.

Zelenski müharibə başlayandan bu evdə yaşayır - FOTOLAR

Qeyd edək ki, ukraynalı jurnalist Dmitri Komarov azad edilmiş Buça, İrpin və Hostomel şəhərlərinin dəhşətlərini sənədləşdirən ilk jurnalistlərdən biri olub. Onun “YouTube” kanalında üç milyondan çox abunəçisi var.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR