Rusiyada 41 avtomobil toqquşdu: Yaralananlar var
Kateqoriya məlum deyil
Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.
Sfera.az xəbər verir ki, beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.
Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib. Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib. Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.
Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.






