Xorvatiya Ukraynaya 14 helikopter verdi
Kateqoriya məlum deyil
Xorvatiya Ukraynaya 14 "Mi-8" helikopterini təhvil verməyə hazırlaşır.
Sfera.az "Jutarnji list"ə istinadla xəbər verir ki, helikopterlər təqribən 10 gün ərzində göndərilməyə hazır olacaq.
12 "Mi-8MTV-1" və 2 "Mi-8T" helikopteri Xorvatiya Silahlı Qüvvələrinin balansından çıxarılıb və hazırda Velika Qoritsadakı aviasiya texniki mərkəzində onlara texniki xidmət göstərilir.
Digər işlərlə yanaşı, helikopterlərdə mövcud olan bütün tanınma nişanları götürülür, təmir-bərpa işləri aparılır.
Xorvatiya hökuməti Ukraynaya bütün hərbi yardımı ictimaiyyətə qapalı şəkildə təsnif etdiyi üçün jurnalistlər hakimiyyət orqanlarından rəsmi təsdiq ala bilməyiblər.






