Logo

Kamerunda xeyriyyə aksiyası zamanı partlayışlar oldu - 19 nəfər yaralandı + VİDEO

Kamerunda xeyriyyə aksiyası zamanı partlayışlar oldu - 19 nəfər yaralandı + VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Kamerunda yarış zamanı baş verən partlayışlarda 19 idmançı yaralanıb.

Sfera.az bildirir ki, yerli təhlükəsizlik xidmətləri aktın cənub-qərb bölgələrinin Kamerundan ayrılmasını tələb edən separatçılar tərəfindən həyata keçirildiyini təkid edir.

İnsident zamanı 3-ü ağır olmaqla, azı 19 iştirakçısı xəsarət alıb; ölən olmayıb.

Afrika ölkəsinin cənub-qərbində hər il keçirilən Kamerun dağında Ümid xeyriyyə aksiyası qaçışında 529 nəfər iştirak edib. Marşrutun hissələrinin birində partlayış səsləri eşidilib. Partlayışların dəqiq sayı hələlik məlum deyil.

Qeyd edək ki, 1995-ci ildən başlayaraq hər il keçirilən aksiyada tədbir milli televiziya ilə yayımlanır.

Separatçı qiyam isə Kamerunun ingilisdilli şimal-qərb və cənub-qərb bölgələrində 2016-cı ildə, müəllimlər və hüquqşünaslar əsasən fransızdilli milli hökumət tərəfindən qəbul edilən marjinallaşmaya etiraz etdikdə başlayıb.

Təhlükəsizlik qüvvələrinin sərt basqısı hərəkatın radikallaşmasına şərait yaradıb və sonrakı münaqişə 3000-dən çox insanın ölümü və 1 milyona yaxın insanın didərgin düşməsi ilə nəticələnib.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR