ABŞ-da cütlük nəhəng köpəkbalığının dişini tapdı - FOTO

ABŞ-da cütlük nəhəng köpəkbalığının dişini tapdı - FOTO

ABŞ-ın Şimali Karolina ştatında çimərliyə gedərkən Lea McLamb və əri Coş böyük ağ köpəkbalığına aid olduğu güman edilən nəhəng fosilləşmiş diş tapıblar.



Sfera.az bildirir ki, gənc cütlük sevimli hobbi ilə - köpək balığı dişləri üçün ovla məşğul olmaq üçün üç saat vaxt sərf ediblər.



Cütlüyün bəxti gətirib. Belə ki, onlar nəhəng fosilləşmiş diş tapıblar. Dişin uzunluğu təxminən 6 metr olan böyük ağ köpəkbalığına aid olduğu güman edilir.

 

Fotolarda dişin demək olar ki, qızın ovucu boyda böyük olduğunu və kənarının sərt olduğu görünür.


Açıklama yok.

"Heç birimiz belə böyük diş görməmişdik. Sahilə çatan kimi, axşam saat 23 radələrində axtarışa başladıq. Çöldə hava soyuq olduğundan, kombinezon, maska, çəkmə və qış paltosu geyindik. Təxminən bir saatdan sonra fənərlərlə yan-yana gəzirdik ki, eyni vaxtda nəhəng, böyük ağ diş gördük. Ərim daha sürətli idi və onu tutmaq üçün yerə yıxıldı”-Lea deyir.
 

Cütlük həvəsli köpək balığı diş ovçularıdır və hətta bal ayında da onları axtarmaq üçün gəzintiyə çıxıblar. Qız onu da bildirib ki, onlar uşaqlıqdan köpək balığı dişləri ovuna başlayıblar və indi bu işi birlikdə edirlər.


Açıklama yok.

Xatırladaq ki, daha əvvəl ABŞ-da nəsli kəsilmiş köpəkbalığının nəhəng dişlərinin tapıldığını bildirilib. Ovçu Conatan Valentin ABŞ-ın Şimali Karolina ştatında nəsli kəsilmiş ən böyük köpək balığı olan meqalodonun bir neçə iri dişini kəşf etdiyini bildirib. Bir dişin uzunluğu 15 sm, digərinin 14 sm olub.
 

Açıklama yok.

Meksikada isə ağ köpəkbalığı dalğıca hücum edərək başını dişləyib. 50 yaşlı dəniz qabığı dalğıcının başını dişləməsi ilə nəticələnən çox nadir ağ köpəkbalığı hücumunun qurbanı olub. Alimləri bu hücumun qeyri-adi təbiəti maraqlandırır. Çünki nəinki köpək balıqları insanları nadir hallarda dişləyir, hətta baş dişlənməsi heç görülməyən hadisədir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...