Medvedevdən savaşın ildonümü ilə bağlı paylaşım: "Kiyevi silahla təmin edənlər..."

Medvedevdən savaşın ildonümü ilə bağlı paylaşım:

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna-Rusiya müharibəsinin birinci ildönümü ilə bağlı açıqlamalar verib.

 

Sfera.az bildirir ki, o, bu barədə sosial media hesabından paylaşım edib.

 

"Artıq bir ildir ki, əsgərlərimiz torpaqlarımızda asayişi, əmin-amanlığı, ədaləti bərpa edib, xalqımızı qoruyub, nasizmin kökündən təmizləyiblər. Onlar bizim qəhrəmanlarımızdır. Bütün ölkələr onlara kömək edir, cəbhəni lazım olan hər şeylə təmin edirlər. Qələbə əldə olunacaq. Hamımız bunun mümkün qədər tez olmasını istəyirik. O gün gələcək. Torpaqlarımızı geri alacağıq, xalqımızı etibarlı şəkildə qoruyacağıq”, - Medvedev bildirib.

 

Kiyevi danışıqlar masasına oturdacaqlarını vurğulayan qurum rəsmisi fikirlərini bu cür davam etdirib:

 

“Əminəm ki, danışıqlar çətin və gərgin keçəcək. Amma qərarı Kiyevi silahla təmin edən və Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq üçün pul ayıranlar verəcək, Zelenski yox. Ona görə də onlar münaqişənin sona çatmasında maraqlı deyillər. Amma gec-tez bunu edəcəklər və sonra sövdələşmə olacaq. Biz ölkəmizə qarşı təhdidləri mümkün qədər, hətta Polşa sərhədinə qədər geri çəkməliyik. Biz neonasizmi məhv etməliyik”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...