Logo

ABŞ-də yazıçı prezident seçkisində namizəd olacaq

ABŞ-də yazıçı prezident seçkisində namizəd olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur amerikalı yazıçı Marianna Villiamson 2024-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Sfera.az "The Hill"ə istinadən xəbər verir ki,  70 yaşlı qadın yazıçı Demokratlar Partiyasından namizədliyini irəli sürəcək.

M.Villiamson mətbuata ilk açıqlamasında söyləyib ki, ölkəsi korporativ oliqarxların, korporasiyaların, silah istehsalçılarının kölgəsi altında “avtoritarizm təhlükəsi” ilə üzləşib və onun məqsədi Birləşmiş Ştatları bu təhlükələrdən qorumaqdır.

M.Villiamson xüsusən “Kölgə effekti”, “Sevgiyə qayıdış”, “Dəyişiklik”, “Möcüzələr ili” kitabları ilə populyarlıq qazanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR