Logo

Bayden Kiyevə gəlmək üçün 20 saat qatarda oldu

Bayden Kiyevə gəlmək üçün 20 saat qatarda oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ prezidenti Co Bayden fevralın 20-də Kiyevə səfəri zamanı təxminən 20 saat qatarla yol gedib.

Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın “Ukrzaliznitsa” dəmir yolu şirkətinin rəhbəri Aleksandr Kamışin CNN-ə açıqlamasında bildirib.

O qeyd edib ki, ABŞ prezidenti Ukraynada 24 saat olub, bunun 20 saatını qatarda keçirib.

Kamışin bildirib ki ki, Bayden Ukrayna sərhədini tərk edənə qədər bütün dəmir yolu diqqətli və qətiyyətli qorunub.

O əlavə edib ki, prezidentin Kiyevə səfəri ABŞ-ın Ukraynadakı səfirliyi, ABŞ hökuməti və Ukraynanın İnfrastruktur Nazirliyi ilə sıx əməkdaşlıqla həyata keçirilib.

Qeyd edək ki, Bayden Ukraynaya Polşadan gəlib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR