Logo

Bayden Varşavada ilk dəfə bəyan etdi: - "Putinə xəbərdarlıq etmişdim"

Bayden Varşavada ilk dəfə bəyan etdi: - "Putinə xəbərdarlıq etmişdim"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinə Finlandiyanın NATO-ya daxil olması ehtimalı ilə bağlı xəbərdarlıq etdiyini bildirib.

Sfera.az xəbər verir ki, C.Bayden bunu Varşavada polyak həmkarı Andjey Duda ilə görüşdə bildirib.

“Bir dəfə - indi artıq xeyli vaxt bundan öncə - rusiyalı həmkarımıza dediyim kimi, mən dedim: “Siz NATO-nun finləşdirilməsinə can atırsınız və Finlandiyanın NATOlaşmasına nail olacaqsınız”, - deyə Bayden qeyd edib.

O qeyd edib ki, İsveçin də alyansa qoşulmaq istəyəcəyini bilmirdi.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Vaşinqton İsveç və Finlandiyanın tezliklə NATO-ya üzv olacağına əmindir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR