Priqojin Şoyqunu və Gerasimovu vətənə xəyanətdə İTTİHAM ETDİ

Priqojin Şoyqunu və Gerasimovu vətənə xəyanətdə İTTİHAM ETDİ

“Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojin Rusiyanın hərbi elitasında fikir ayrılıqlarının olduğunu etiraf edib.

 

Sfera.az bildirir ki, Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu vətənə xəyanətdə ittiham edib. Kifayət qədər hərbi-sursat dəstəyi almadıqlarını iddia edən Priqojin “Vaqner Qrupu”nun cəbhədəki problemlərinin şüurlu şəkildə üzə çıxdığını söyləyib: “Bizim bu müharibədə qalib gəlməyimizə mane olanlar mütləq düşmənə işləyirlər”.

 

Ortaya çıxan səsyazısına görə Priqojin sursat qıtlığına səbəb olanların yeməklərini qızıl qablarda yediklərini və yaxınlarını Dubaya tətilə göndərdiklərini iddia edib.

 

Qeyd edək ki, Ağ Evin keçən həftə verdiyi açıqlamada “Vaqner qrupu”nun indiyədək cəbhədə 30 mindən çox itki verdiyi bildirilib. Bu itkilərin 9 mini birbaşa silahlı qarşıdurmada öldürülüb. Ölən əsgərlərin 90 faizinin keçmiş məhkumlar olduğu da xatırladılıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR