Logo

Türkiyədə 6-cı şiddətli zəlzələ oldu - YENİLƏNDİ

Türkiyədə 6-cı şiddətli zəlzələ oldu - YENİLƏNDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var.

Sfera.az xəbər verir ki, bu barədə “CNN Türk”ün müxbiri Fulya Öztürk ölkənin daxili işlər naizi Süleyman Soyluya istinadən məlumat yayıb.

İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir.

Samandağda isə bir qadının başına daş düşüb və o, hadisə yerində ölüb.

***

Zəlzələ nəticəsində 8 nəfər yaralanıb.

***

İki güclü zəlzələdən təxminən 15 dəqiqə sonra daha iki yeraltı təkan qeydə alınıb.

Sonrakı zəlzələlər 5 baldan yuxarı olub.

***

Bir neçə dəqiqə öncə qısa intervalla Hatayda 5,2 və 4,3 bal gücündə növbəti zəlzələlər baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR