Şahzadə Diananın boşanma ərəfəsində yazdığı məktublar üzə çıxdı: "Başını dik tutmaq..."

Şahzadə Diananın boşanma ərəfəsində yazdığı məktublar üzə çıxdı:

Şahzadə Diananın hazırda İngiltərə kralı olan əri Çarlzdan boşandığı zaman iki yaxın dostuna yazdığı məktublar hərraca çıxarılıb.

 

Sfera.az xəbər verir ki, Uels şahzadəsinin yaxın dostları Suzi və Tarek Kassemə yazdığı məktublar toplusu 141 150 funt sterlinqə satılıb.

 

28 aprel 1996-cı il tarixli məktubda Diana o zaman şahzadə olan Çarlzdan boşanmaqla bağlı ümidsizliyini təsvir edib.

 

"Bəzən başınızı dik tutmaq çox çətindir və bu gün mən çökmək üzrəyəm və sadəcə arzu edirəm ki, bu boşanma yekunlaşsın, çünki mümkün xərclər çox böyükdür", - məktubda qeyd edilib.

 

Həm Suzi, həm də Tarekə ünvanlanan məktub 12 500 funta satılıb.

 

20 may 1996-cı il tarixli başqa bir məktubda Diana telefonlarının dinlənildiyini düşündüyünü deyib.

 

Şahzadə Diana Suziyə yazdığı məktubunda "Mobil telefonum olmadığı üçün şəxsi məsələlər haqqında danışmaq çətindir. Buradakı söhbətlərim davamlı olaraq qeydə alınır və ötürülür” yazıb.

 

Çarlzdan boşanması 28 avqust 1996-cı ildə yekunlaşdıqdan bir neçə gün sonra Diana rəfiqəsinə azad olduğu üçün çox xoşbəxt hiss etdiyini və ikinci şans əldə etdiyinə görə bəxtəvər olduğunu bildirib.

 

17 dekabr 1996-cı il tarixli məktubunda Diana Suziyə dekabrın 24-də xaricə getdiyini yazıb: "Milad bayramını çox sevmədiyim üçün burada qalsam, özümü öldürəcəm! Ümid edirəm ki, 1997-ci il bizim hamımız üçün daha asan il olacaq".


Qeyd edək ki Çarlz və Diana 1996-ci ildə boşanıblar. Diana 31 avqust 1997-ci ildə 36 yaşında avtomobil qəzasında həlak olub.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...