Zelenskinin gizləndiyi bunkerlə bağlı ŞOK DETALLAR – “Nazirlərdən biri ordan qaçmışdı...”

Zelenskinin gizləndiyi bunkerlə bağlı ŞOK DETALLAR – “Nazirlərdən biri ordan qaçmışdı...”

Zelenski Putinin onu öldürəcəyindən qorxaraq iki ay gizli bunkerdə yaşayıb.

 

Sfera.az bildirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Qeyd olunub ki, Ukrayna prezidenti və yaxın ətrafı Rusiya ilə münaqişə başlayandan sonra bunkerdə planlaşdırılan iki həftə əvəzinə təxminən iki ay vaxt keçiriblər.

 

“2022-ci il fevralın 24-də Rusiya hərbi əməliyyatları başlayanda Ukrayna hökuməti dərhal Kiyevin mərkəzindəki Bankova küçəsində yerləşən təhlükəsizlik sığınacağına enib. Bunkerlə bağlı məxfilik o qədər yüksək idi ki, ölkə başçısını müşayiət edənlər “gizlilik sənədi” imzalamalı olublar. Onlara sığınacağın quruluşu, yeri, şəraiti və hətta yedikləri qidalar haqqında hər hansı təfərrüatları açıqlamaq qadağan edilib. Rus qoşunlarının Kiyevin kənarında yerləşməsi ilə Zelenskinin nazirləri və köməkçiləri üçün terror qorxusu dövrü başlayıb”.

 

Britaniya nəşri dövlət başçısı ilə birlikdə günəşi görməyən, hətta vaxtı belə bilməyən dövlət məmurlarının çətin həyatını poetik şəkildə təsvir edib: “Onlar davamlı olaraq  “iPhone”ları vasitəsilə müharibəni izlədiklərinə görə normal yata bilmirdilər. Bəzi ukraynalı məmurlar yeraltı bunkerdə yaşamaqdan yorulmuşdular. Hətta onlardan biri bir dəfə restoranda yemək üçün sığınacaqdan qaçdığını etiraf edib”.

 

“The Times” yazır ki, zaman- zaman bunkeri tərk edən yeganə şəxs Zelenski olub: “O, insanları Kiyevdən qaçmadığına inandırmaq üçün videomesajlar verməli və buna görə “yuxarıya” çıxmalı idi”.

 

Nəşr həmçinin İsrailin sabiq baş naziri Naftali Bennetin son açıqlamasını xatırladıb: “Bennet Moskvada danışıqlar zamanı Putindən Zelenskinin öldürülməyəcəyinə dair vəd aldığını iddia edib və Kremldən çıxan kimi Zelenskiyə zəng edib.

 

"İki saatdan sonra Ukrayna lideri Kiyevdəki ofisindən video yayımladı və gizlənmədiyini  və heç kimdən qorxmadığını dedi” - Bennet bildirib.

 

Zelenskinin gizləndiyi yerin ətrafında gəzən britaniyalı jurnalistin dərc olunan yazıda qeyd etdikləri isə diqqət çəkib: “Stolun üstündə dağ boyda ağ barıt, qadın paltarı, parik, bir tapança, küncdə xalça, bir banka benzin, çantada bir neçə ağ həb tapdım”.

 

Xatırladaq ki, “The Times” jurnalistinin baş çəkdiyi Zelenskinin Kiyevdəki yeraltı sığınacağı hələ sovet dövründə Ukraynanın ali rəhbərliyi üçün tikilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

İrəvandan Əliyev-Paşinyan görüşü barədə yeni AÇIQLAMA

Ermənistan Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.   Sfer...