“Fevralın 24-də...” – Britaniya kəşfiyyatı Rusiyanın məxfi planı haqda

“Fevralın 24-də...” – Britaniya kəşfiyyatı Rusiyanın məxfi planı haqda

“24 fevralda Rusiya Baxmutun ələ keçirildiyini iddia edəcək”.

 

Sfera.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Ukraynanın şərqinə bir neçə hücumu davam edir:

 

“Xüsusilə Baxmut və Uqledarda itkilərin yüksək olaraq qaldığı bildirilir. Konkret olaraq, 155-ci “elit” və 40-cı dəniz piyada briqadaları Uqledarda ciddi itkilər veriblər. Güman ki, döyüşlər səmərəsizdir. İşğalın ildönümü yaxınlaşdıqca rus qüvvələrinin artan siyasi təzyiqlərə məruz qalması ehtimalı var. Buna görə də Rusiya yerdəki reallıqdan asılı olmayaraq, Baxmutun yubileylə bağlı ələ keçirildiyini iddia edəcək”.

 

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın yaz hücumu heç bir nəticə verməsə, ölkə daxilində gərginlik artacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR