Logo

Rusiya MN-dən Ukrayna ilə bağlı SENSASİON İDDİA

Rusiya MN-dən Ukrayna ilə bağlı SENSASİON İDDİA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna BMT-nin toplantısı ərəfəsində günahı Moskvanın üzərinə atmaq üçün öz ərazisində nüvə hadisəsi törətməyi planlaşdırır.

Sfera.az xəbər verir ki, bu iddia ilə Rusiya Müdafiə Nazirliyi çıxış edib. Nazirlik bəyanat yayaraq, radioaktiv maddələrin bir Avropa ölkəsindən Ukraynaya daşındığını və Kiyevin genişmiqyaslı “təxribat” hazırladığını qeyd edib.

“Təxribatın məqsədi Rusiya ordusunu guya Ukraynada təhlükəli radioaktiv obyektlərə fərq qoymadan zərbələr endirməkdə, radioaktiv maddələrin sızmasına və ərazinin çirklənməsinə səbəb olmaqda ittiham etməkdir”,- deyə məlumatda bildirilir.

Ukrayna və onun müttəfiqləri bunu dezinformasiya yaymaq cəhdi adlandırıb.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR