Qatil xoruzun hücumunun təfərrüatları məlum oldu - FOTO

Qatil xoruzun hücumunun təfərrüatları məlum oldu - FOTO

67 yaşlı İrlandiya sakini Jasper Krausun qızı Rosscommon kəndində baş verən faciəli hadisədən danışıb.



Sfera.az bildirir ki, bu barədə Britaniya mətbuatı xəbər verib. Jurnalistlər həmçinin ilk dəfə olaraq sonradan evtanaziya edilən bədnam ev xoruzunun fotosunu dərc ediblər.
 

Xoruz hücumu nəticəsində ölən şəxs təcrübəli fermer olub.


Brahma toyuqları öz caynaqlarını və ya yuxarı pəncəsini qurbanın ayağına soxub və adam yəqin ki, qan itkisi nəticəsində infarkt keçirərək ölüb. Mərhumun qızının dediyinə görə, bu xoruz uşaqlar üçün təhlükəli olmayan şirin quş kimi görünüb.


İndi onun qızı, 33 yaşlı Virciniya Quinan başqalarını ev heyvanlarının təhlükələri barədə xəbərdar etməyə çalışır.


"Toyuqun təhlükəli ola biləcəyini təsəvvür etmək çətindir, amma həqiqətən belədir. Təcavüzkar, qəddar hücum. Mən gələndə döşəmənin hər yerində sözün əsl mənasında litrlərlə qan var idi. Görünürdü ki, bu şirin və itaətkar quşdur, hətta uşaqlara da zərər verməyəcək.Amma bu hal onu göstərir ki, istənilən cins təhlükəli ola bilər”- deyə qadın nadir, son dərəcə inanılmaz bir hadisə haqqında danışıb.


Bu hadisə keçən il aprelin sonunda baş verməsinə baxmayaraq, hekayənin təfərrüatları yeni ortaya çıxıb. Keçmiş at təlimçisi bağında olarkən xoruz ona arxadan hücum edib. O, qıçını və ya yuxarı pəncəsini qurbanın ayağına soxub və görünür, qan itkisi nəticəsində yaranan infarktdan ölüb.


Virciniya Quinan bildirib ki, xoruzu əvvəllər evində özü saxlayıb, lakin quş üç yaşlı qızına hücum etmək istəyəndən sonra onu atasına verib.

"Bir il əvvəl eyni xoruz divara, sonra Cessinin kürəyinə tullandı. Bu hadisədən sonra mənə aydın oldu ki, ondan qurtulmaq lazımdır", - deyə o, atasının ölümünə görə hələ də özünü bağışlaya bilmədiyini əlavə edib.


Xatırladaq ki, Yer kürəsinin ən böyük quşunun qalıqları Avstraliyada tapılıb. Üç metrlik toyuq yarım ton ağırlığında olub və müasir ördək,toyuqlarla qohumluq əlaqələrinə malik olduğu bildirilir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR